ABŞ Senatı İran müharibəsinin dayandırılmasını rədd etdi

media-hightechnic-468x90

ABŞ Konqresinin Senatı yeddinci dəfə olaraq Amerika administrasiyasına İrana qarşı hərbi əməliyyatları dayandırmağı faktiki olaraq tələb edən qətnaməni rədd edib.

media-banner_tkm

Yenicag.az  xəbər verir ki, səsvermənin gedişini qanunverici orqanın yuxarı palatasında C-SPAN” telekanalı yayımlayıb.

Bu sənədin lehinə 49, əleyhinə isə 50 qanunverici səs verib.

ABŞ və İsrail 28 fevralda İrana qarşı müharibəyə başlayıblar. 7 aprel tarixində ABŞ prezidenti Donald Tramp islam respublikası ilə iki həftəlik qarşılıqlı atəşkəs elan edib. İran tərəfinin məlumatına görə, 40 günlük müharibə ərzində ABŞ-İsrail zərbələri nəticəsində 3 375 iranlı həlak olub. 11 aprel tarixində Tehran və Vaşinqton nümayəndə heyətləri İslamabadda danışıqlar aparsalar da, bir sıra ziddiyyətlər səbəbindən münaqişənin uzunmüddətli həlli ilə bağlı razılığa gələ bilməyiblər. 21 aprel tarixində ABŞ prezidenti İrana qarşı atəşkəs rejimini uzatmaq niyyətində olduğunu bəyan edib. İran dövlət televiziyasının məlumatına görə, Tehran Vaşinqtonun birtərəfli qaydada elan etdiyi atəşkəsin uzadılmasını tanımaq fikrində deyil və öz maraqlarına uyğun hərəkət edəcək.

1 mayda ABŞ administrasiyasının rəhbəri Konqresin rəhbərliyini rəsmi şəkildə məlumatlandıraraq, Ağ Evin İrana qarşı müharibəni başa çatmış hesab etdiyini bildirib. Lakin görünür, bu addım əsasən ABŞ Silahlı Qüvvələrinin xarici münaqişələrdə tətbiqini tənzimləyən milli qanunvericiliyin müddəalarına riayət etmək zərurəti ilə izah olunurdu.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05