ABŞ Silahlı Qüvvələri İranda 8 minə yaxın hədəfi məhv etdi

media-hightechnic-468x90

ABŞ və İsrailin İrana qarşı əməliyyatı başlayandan bəri amerikalı hərbçilər 7,8 mindən çox hədəfi, o cümlədən 120-dən çox hərbi gəmini məhv edib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) bəyanatında qeyd olunub.

Məlumata görə, ABŞ hərbi təyyarələri İrana qarşı əməliyyat başlayandan bəri 8 mindən çox döyüş uçuşu həyata keçirib. CENTCOM bildirib ki, əməliyyatlara çoxsaylı qırıcılar, strateji bombardmançı təyyarələr, aviadaşıyıcılar, raket esminesləri, sualtı qayıqlar, “Patriot” zenit-raket kompleksləri və “THAAD” raket əleyhinə müdafiə sistemləri cəlb edilib.

“CENTCOM qüvvələri bilavasitə təhlükə yaradan yerlərə prioritet verərək İran rejiminin təhlükəsizlik aparatının sıradan çıxarılması məqsədilə hədəflərə zərbələr endirir”, – komandanlıqdan vurğulanıb.

Daha əvvəl CENTCOM rəhbəri admiral Bred Kuper bildirib ki, Hörmüz boğazında 100-dən çox İran gəmisi batırılıb./Report/

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05