İsrail ordusu “Hizbullah”ın üç qərargahına zərbə endirib
Yenicag.az xəbər verir ki, bu barədə IDF məlumat yayıb.
IDF-in açıqlamasına görə, Hərbi Hava Qüvvələri bazar günü gecə Nəbatiyyə və Meyfdun bölgələrində yerləşən üç qərargahı hədəfə alıb.
“Zərbələr terror təşkilatı “Hizbullah”ın təhlükəsizlik zonasında fəaliyyət göstərən qüvvələrimizə qarşı hücumlarını davam etdirməsinə cavab olaraq endirilib”, – ordunun bəyanatında deyilir.
O da qeyd edilib ki, günün əvvəlində “Hizbullah”a məxsus raket buraxılış qurğusuna da zərbə endirilib./Apa/













