İlham Əliyev NATO Zirvəsində iştirak edəcək? – Aqil Ələsgərin Ankaradan xüsusi reportajı
İyulun 7-8-də Ankarada NATO-nun növbəti Zirvə toplantısı keçiriləcək. Dünyanın diqqət mərkəzində olacaq tədbirdə alyansa üzv 32 ölkənin lideri və yüksək səviyyəli nümayəndə heyətlərinin iştirakı gözlənilir.
NATO Zirvəsi ərəfəsinde Ankarada işgüzar səfərdə olan “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər hazırladığı xüsusi reportajda paytaxtın artıq bu mötəbər tədbirə tam hazır vəziyyətə gətirildiyini bildirib.
Reportajda qeyd olunur ki, Ankara küçələrində təhlükəsizlik tədbirləri maksimum səviyyəyə çatdırılıb, şəhərdə zirvə ilə bağlı son hazırlıq işləri davam edir.
Məlumata görə, Zirvədə Ukrayna Prezidenti Volodimir Zelenskinin də iştirakı gözlənilir.
Bununla yanaşı, siyasi kulislərdə Azərbaycan Prezidenti İlham Əliyevin də Ankaraya səfər edə biləcəyi barədə müzakirələr aparılır. Bildirilir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ev sahibi kimi strateji müttəfiq Azərbaycanın dövlət başçısını da tədbir çərçivəsində Ankarada görmək istədiyi söylənilir.
Xüsusi reportaj:













