ABŞ Hərbi Dəniz Qüvvələrinin “Harri Trumen” aviadaşıyıcısının başçılıq etdiyi zərbə qrupu Suriyada İŞİD terror qruplaşmasına qarşı hava əməliyyatlarına başlayıb.
Yenicag.az xəbər verir ki, bu barədə Hərbi Dəniz Qüvvələrinin yaydığı bəyanatda bildirilir.
Bəyanatda qeyd olunub ki, bombardımançı qırıcılar eskadrilyası artıq Suriya üzərində bir neçə uçuş edib.