ABŞ Ukraynaya görə Yunanıstana təzyiq edir
ABŞ Yunanıstana Ukrayna üçün Amerika silahlarının alınması layihəsinə qoşulması üçün təzyiq göstərir.
Yenicag.az xəbər verir ki, bu barədə “Kathimerini” nəşri məlumat yayıb.
“NATO Xarici İşlər Nazirlərinin Brüsseldə keçirilən görüşü ərəfəsində ABŞ-ın Afinadakı səfirliyinin nümayəndələri Vaşinqtonun Yunanıstanın PURL təşəbbüsünə qoşulması ilə bağlı istəyini çatdırıblar. Amerikalı diplomatlar Yunanıstana Ukrayna ilə bağlı prinsipial mövqeyinə görə minnətdarlıqlarını bildirib və eyni zamanda Afinanın sözügedən təşkilatda iştirakını elan etməsində israr ediblər”, – məlumatda deyilib./axar.az












