"ABŞ Ukraynaya Rusiya ilə danışıqlara başlamağa imkan vermir" - Lukaşenko

media-hightechnic-468x90

ABŞ Ukrayna rəhbərliyinə Rusiya ilə danışıqlar prosesinə başlamağa imkan vermir.

Yenicag.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko “Rossiya-1” telekanalının efirində “Moskva. Kreml. Putin” proqramına müsahibəsində jurnalist Pavel Zarubinin suallarını cavablandırarkən deyib.

“Əgər siz Ukrayna rəhbərliyini nəzərdə tutursunuzsa, deməli, onlar buna qətiyyən imkan vermirlər. Amerikalılar Avropanı bir zərbəyə yıxmaq, Rusiyadan keçməklə Çinə çatmaq istəyirlər. Təbii ki, Rusiyanı tapdalamaq niyyətindədilər”, – Lukaşenko bildirib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600