Almaniya hərbçiləri Qrenlandiyanı tərk etdilər

media-hightechnic-468x90

Almaniya Silahlı Qüvvələri (Bundesver) iddia edir ki, alman qoşunları Qrenlandiyadakı missiyanın bir hissəsi olaraq öz vəzifələrini yerinə yetiriblər.

Yenicag.az  xəbər verir ki, bunu Almaniya Silahlı Qüvvələri missiyasının nümayəndəsi, polkovnik-leytenant Peter Milevçuk “Funke” media qrupuna verdiyi müsahibədə bildirib.

“Təlim və məşq təşəbbüsünün bir hissəsi olaraq vəziyyəti araşdırmaq üzrə ilkin tapşırığımızı yerinə yetirdik”, – deyə o bildirib.

O, danimarkalı həmkarları ilə əməkdaşlığı çox müsbət və konstruktiv adlandırıb: “Dediyim kimi, əvvəlcə buradakı vəziyyəti araşdırdıq və əsasən tapşırığı yerinə yetirdik. İndi nəticələrlə evə qayıdacağıq”./Report/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05