ABŞ və İran arasında TARİXİ RAZILAŞMA gözlənilir: Tramp və Tehran "ortaq məxrəcə" gəlir?

media-hightechnic-468x90

“Önümüzdəki həftə ABŞ-İran razılaşması əldə oluna bilər.”

media-banner_tkm

Bu iddianı Yenicag.az-a açıqlamasında politoloq Elşad Mirbəşiroğlu bildirib.

Politoloq Amerikada seçki öncəsi İranla ortaq məxrəcə gəlinməsi ehtimalını dəyərləndirib:

“Son dövrlərdə ABŞ və İran arasında mümkün razılaşmanın şərtlərinin mübadiləsi aktiv şəkildə həyata keçirilməkdədir. ABŞ prezidenti Tramp bir neçə dəfə bəyan edib ki, razılaşmaya çox yaxındırlar. Gözlənilir ki, gələn həftə ABŞ-İran razılaşması imzalana bilər. İndiki həssas zamanda Tramp nəticəsinə tam əmin olmadığı qarşıdurmaya girmək istəmir. Bu da qarşıdan gələn aralıq seçkilərinə görədir. Hazırda iki vacib müzakirə predmeti mövcuddur. Bunun biri İranın nüvə proqramıdır ki, ABŞ İranın nüvə silahına sahib olmamasını tələb edir. İran isə bildirir ki, nüvə proqramından imtina etməyəcək və dinc nüvə proqramı həyata keçirir. Tərəfləri uzlaşdıran məqam proqramın müəyyən zaman çərçivəsində dondurulmasıdır. Digər məqam Hörmüz boğazından keçidlə bağlıdır. İran iddia edir ki, boğazdan təhlükəsiz keçidin təmin olunması üçün prinsipial mövqe sərgiləməyə hazırdır. İranın digər şərti İsrailin Livandakı hərbi əməliyyatları dayandırması tələbidir. Nəzərə alaq ki, İsrail son günlərdə Livanda daha aktiv əməliyyat keçirir və İran tərəfi bu səbəbdən Amerika ilə danışıqları dayandırdığını bəyan edib. Tramp isə qarşılığında bəyan edib ki, İsrail geri çəkiləcək. Amerikanın İsrail üzərində təsir imkanları genişdir və bütün hallarda düşünürəm ki, ən azından seçkilərə qədər ABŞ açıq qarşıdurmaya girməyəcək. Kiçik qarşıdurmalar baş verə bilər amma geniş əməliyyat olmayacaq. Bu gün Trampın izlədiyi əsas xətt odur ki, Amerikanın irəli sürdüyü prinsipial şərtlərə bu və ya digər dərəcədə uyğun olan razılaşma əldə olunmalıdır. Tramp aydın dərk edir ki, Amerikanın şərtlərinin tam təminatını nəzərə alacaq razılaşma əldə etmək mümkün görünmür. Düşünürəm ki, müəyyən güzəştlər gözlənilir və ola bilsin yaxın 1-2 həftə ərzində ABŞ və İran razılaşması əldə olunsun”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05