ABŞ və NATO-dan Putinə xəbərdarlıq

media-hightechnic-468x90

img1823205“Rusiya Ukraynada getdikcə daha təcavüzkar mövqe tutmağa başlayıb.”

Yenicag.az xəbər verir ki, bunu ABŞ Prezidenti Barak Obama bildirib.

Ağ evdə NATO-nun Baş katibi Yens Stoltenberqlə danışıqlardan sonra açıqlama verən ABŞ prezidenti deyib ki, mən və NATO baş katibi Ukrayna hökuməti və Rusiya tərəfdarı olan separatçlar arasında əldə edilmiş atəşkəsə dair razılığa əməl olunmalıdır. Biz Ukraynanın ərazi bötüvlüyünün təmin olunmasının əhəmiyyətini bir daha nəzərə çarpdırdıq.

Y.Stoltenbeq Rusiyanı separtçılara dəstəyə son qoymağa və hərbi qüvvələri Ukraynanın şərqindən çıxarmağa çağırıb.

Xatırladaq ki, BMT-nin hesablamalarına görə, Ukraynanın şərqində bir il əvvəl başlamış döyüşlər nəticəsində 6 mindən çox insan dünyasını dəyişib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600