!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ və Qərbin ikili standartı: Yaxın Şərq qan gölünə çevrildi – İsrail İranı müharibəyə cəlb etmək istəyir

!Reklam – Yazi

“İran birbaşa İsrailə qarşı müharibəyə qoşulmadan da qüvvələrini səfərbər edə və İsraili çətin vəziyyətə sala bilər”.

Bu fikri Yenicag.az-a açıqlamasında İsrail-“Hizbullah” arasındakı gərginlik, regionun alovlanmasında maraqlı olan qüvvələr və Yaxın Şərqə beynəlxalq mexanizmin yanaşmasını dəyərləndirən politoloq Zərdüşt Əlizadə deyib.

Zərdüşt Əlizadə bildirib ki, ABŞ və Qərbin ikili standartı Yaxın Şərqi qan gölünə çevirib:

“Vəziyyət çox sadədir. İsrail dövlətini idarə edən radikal dini və irqçi hökumət Fələstin xalqının heç bir hüququnu tanımır. O hökumət BMT-nin İsrail dövlətinin yaranması haqqında qərarını tanıyır, ancaq Fələstin dövlətinin yaranması haqqında qərarını tanımır. Nəticədə fələstin xalqının öz vətənində, dövlətində yaşamaq hüququ tapdalanıb. İsrailin bu mövqeyini ABŞ və Avropa dəstəkləyir. Fələstinlilər hansısa əməliyyat keçirəndə bunu adlandırırlar terror aktı və başlayırlar fələstin xalqını qırmağa. Artıq ölən qətlə yetirilən fələstinlilərin sayı 38 mini keçib. O cümlədən 18 min uşaq öldürülüb. Bunu da soyqırım adlandıran insanlara, təşkilatlara və dövlətlərə antisemitist deyirlər”.

Politoloqun sözlərinə görə, İsrail bilir ki, “Hizbullah”a hücum etsə, İran qarışacaq və belə olan təqdirdə, ABŞ-də qarışacaq müharibəyə:

“Beləcə müharibənin miqyası genişlənəcək. İsrail baş naziri Netanyahu haqqında cinayət işləri var. Ancaq o, baş nazir olduğu üçün onun haqqında qərar verə bilmirlər. O, hakimiyyətini qorumaq naminə istəyir ki, “Hizbullah”a qarşı müharibəyə başlasın, İran da müdaxilə etsin.

HƏMAS-a nisbətdə “Hizbullah”ın çox geniş imkanları var. Ordusu da HƏMAS-dan qat-qat üstündür. Deyilənə görə “Hizbullah” 120-130 min raketi dağlarda gizlədir. Bu isə İsrail üçün böyük bir problem deməkdir.

İsrail İranı müharibəyə cəlb etmək istəyir. İran ancaq bu oyuna düşməyəcək. İran yüzlərlə milyard dollar pul xərcləyib ərəb ölkələri içərisində onunla həmrəy olan təşkilatlar yaradıb. İran birbaşa İsrailə qarşı müharibəyə qoşulmadan da qüvvələrini səfərbər edə bilər. Əgər İsrail “Hizbullah”a qarşı hücum etsə, Yaxın Şərqdəki müharibənin miqyası daha da genişlənəcək”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

382
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv