ABŞ Venesuela neftini daşıyan daha bir tankeri ələ keçirdi
ABŞ Venesuela ilə əlaqəli daha bir tankeri ələ keçirib.
Yenicag.az xəbər verir ki, bu barədə iki anonim ABŞ rəsmisi “Reuters“ agentliyinə məlumat verib.
Mənbələrin bildirdiyinə görə, hadisə ilə bağlı hələlik əlavə təfərrüatlar açıqlanmayıb.
Qeyd edilib ki, bu, son həftələrdə ələ keçirilmiş və Venesuela neftini daşıyan altıncı neft tankeridir./Apa/












