ABŞ vətəndaşının telefonu oğurlandı
Bakıda ABŞ vətəndaşının telefonu oğurlanıb. Polisə müraciət edən ABŞ vətəndaşı, 1945-ci il təvəllüdlü Martin Uilyam Con bildirib ki, Üzeyir Hacıbəyov küçəsi 18-in qarşısında ona məxsus “İPhone” markalı telefon oğurlanıb. Martin Uilyam qeyd edib ki, telefonu onun cibindən çəkiblər.
Qeyd edək ki, polisə şikayət edən ABŞ vətəndaşı Bakıda fəaliyyət göstərən Avropa-Azərbaycan məktəbində texnologiya təlimatçısı vəzifəsində çalışır.
Faktla bağlı araşdırma aparılır.
(lent.az)