ABŞ Yaxın Şərqə qırıcı təyyarələrini göndərir
ABŞ Yaxın Şərqə “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisini və F-15E Strike Eagle qırıcı-bombardmançı təyyarələrini göndərir.
Yenicag.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti ABŞ rəsmilərinə istinadən yazıb.
Qeyd olunur ki, təyyarə 18 yanvarda İordaniyaya eniş edib. Bölgədə əlavə hava hücumundan müdafiə sistemləri, o cümlədən American Patriot və Thaad raketdən müdafiə sistemləri də yerləşdiriləcək.
Nəşr həmçinin bildirib ki, ötən həftə İrana hücumları dayandıran ABŞ prezidenti Donald Tramp hələ də köməkçilərinə İran rəhbərliyinə qarşı “qətiyyətli” hərbi əməliyyatlar aparmaq üçün təzyiq göstərir.












