Addım-addım çöküşə doğru: Elektriksiz qalan Kubada xalq küçələrə axışdı
Kubanın şəbəkə operatoru UNE-nin verdiyi məlumata görə, ölkənin elektrik şəbəkəsi cümə axşamı səhər saatlarında qismən çöküb.
Yenicag.az “Reiters”a istinadən xəbər verir ki, bu, Kubanın şərqində işıqların sönməsinə səbəb olub.
Şəbəkə operatoru bildirib ki, günorta saatlarına qədər rəsmilər regiondakı bəzi mühüm xidmətlərin enerjisinin bərpa ediblər, lakin Kamaqueydən şərqdə yerləşən Kubanın böyük hissəsi, o cümlədən adanın ikinci ən böyük şəhəri olan Santyaqo-de-Kuba hələ də, əsasən, elektriksizdir.
Təxminən 10 milyon əhalisi olan Karib dənizi adasında istilər düşdükcə artıq hər gün 20 saat və ya daha çox müddətdə elektriksiz qalır.
ABŞ Prezidenti Donald Trampın adanı yanacaqla təmin edən hər hansı ölkəyə qarşı gömrük tarifləri tətbiq edəcəyi ilə hədələməsindən sonra yanvar ayında elektrik kəsintiləri kəskin şəkildə pisləşib. Bir vaxtlar ölkənin əsas xam neft tədarükçüləri olan Venesuela və Meksika o vaxtdan bəri daşımaları dayandırıblar.
Tramp Kubanın “çökəcəyini” proqnozlaşdırıb və hazırkı kommunist hökuməti devirmək istədiyini bildirib.
Kubanın energetika və mədənlər naziri çərşənbə günü deyib ki, adada elektrik şəbəkəsini gücləndirmək üçün kritik əhəmiyyət kəsb edən mazut və dizel yanacağı tamamilə bitib və kəsintilərə görə ABŞ-nin blokadasını günahlandırıb.
Çərşənbə günü axşam saatlarında Havana boyu genişmiqyaslı etirazlar başlayıb.
Birləşmiş Millətlər Təşkilatı keçən həftə Trampın yanacaq blokadasını qanunsuz adlandırıb və bildirib ki, bu, Kuba xalqının inkişaf hüququna mane olur, eyni zamanda, onların qida, təhsil, sağlamlıq, su və sanitariya hüquqlarını sarsıdır.












