!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Addım-addım sülhə doğru: "ABŞ və Avropa İttifaqının dəstəyi ilə ilin sonuna qədər..."

!Reklam – Yazi

“Bu görüşdə razılaşdırılmamış məsələlər müzakirə olunacaq. ABŞ-nin sülh müqaviləsinin bağlanmasında istəyi var və bunun üçün Ermənistana təzyiqini göstərir”.

Bu fikirləri Vaşinqtonda keçirilməsi planlanan Ermənistan-Azərbaycan nümayəndələri arasında görüşün mümkün nəticəsi barədə düşüncələrini səsləndirən politoloq Elşad Həsənov Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, iyun ayının 26-27-si Vaşinqtonda Ermənistan-Azərbaycan nümayəndələri arasında yenidən sülh danışıqları keçiriləcək:

“Bu görüşdə razılaşdırılmamış məsələlər müzakirə olunacaq. ABŞ-nin sülh müqaviləsinin bağlanmasında istəyi var və bunun üçün Ermənistana təzyiqini göstərir. Daha öncə iki ölkə nümayəndələri arasında keçirilən Vaşinqton və Brüssel görüşlərindən sonra Ermənistanla Azərbaycan arasında müəyyən məsələlərdə razılıqlar əldə olundu. Ermənistan Baş naziri Nikol Paşinyan həm parlamentdə, həm də Nazirlər Kabinetində çıxışı zamanı Azərbaycanın 86.6 min kv/km-lik ərazisini Qarabağ da daxil olmaqla tanıdığını bəyan etdi.

Ermənistan sülh müqaviləsinin imzalanacağı ilə bağlı bəyanatlar verir. Lakin keçən il də danışıqlar keçirildi, yaxınlaşmalar oldu, amma nə sülh imzalandı, nə də müsbət addım atıldı. Məsələnin həlli isə 2023-cü ilə qaldı. Yenidən görüşlər keçirilir, məsələnin həlli üçün müxtəlif yollar sınanır.

Hər kəsin beynində olan sual var, görüşlər nə zamanadək davam edəcək, sülh nə zaman olacaq?

Azərbaycan sülh müqaviləsinin imzalanması üçün əlindən gələni edir. Beş baza prinsipli sülh təklifini irəli sürüb. Delimitasiya və demarkasiya məsələləri ətrafında baş nazirlərin müavinləri arsında mütəmadi görüşlər keçirilir. Həm Azərbaycan, həm də Ermənistan mətbuatında kommunikasiyaların yaxın gələcəkdə açılması ətrafında müzakirələrin getdiyi haqqında xəbərlər dərc edilir.

İran, Fransa və Rusiyanın bəzi siyasi dairələrinin maneə törətməsinə baxmayaraq, ABŞ və Avropa İttifaqının dəstəyi ilə ilin sonuna qədər Ermənistan-Azərbaycan arasında sülh müqaviləsinin imzalanacağı güman edilir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

308
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv