!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Adil Əliyev: "İşğaldan azad edilmiş ərazilərimiz firavan günlərə qovuşacaq"

!Reklam – Yazi

2020-ci il sentyabrın 27-də Ermənistan növbəti dəfə vətəndaşlarımızı ağır artilleriya zərbələrinə məruz qoydu. Düşmənin həyata keçirdiyi bu təcavüzə həmişəlik son qoymaq məqsədilə Ali Baş Komandan, Prezident İlham Əliyevin əmrilə Silahlı Qüvvələrimiz cəbhə boyu əks-hücum əməliyyatlarına başladı. Bundan sonra şanlı tariximizin Zəfər salnaməsi yazılaraq, 44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tamamilə darmadağın edildi. Ermənistan müharibədə məğlubiyyətə uğrayaraq, 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur edildi.

Təxminən 27 il əvvəl qəbul edilmiş, lakin icra edilməmiş, əksinə Ermənistan tərəfindən hər addımda kobud şəkildə pozulan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrini Azərbaycan özü icra etdi.

Qeyd etmək lazımdır ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin əsas cəhəti dərhal icra mexanizminin həyata keçirilməsi ilə bağlıdır. BMT qətnamələrinin bəzi hallarda icrası cəmi bir neçə saat çəkir. Burada ortaya maraq doğuran bir sual çıxır ki, hansı səbəbdən qətnamə bu vaxta qədər icra edilmirdi? Hansı ki, bu qətnamələrin dərhal və qeyd-şərtsiz icrası vacibdir. Lakin hökm sürən ikili standartlara görə ötən dövrdə bu qətnamələrin icrasına heç bir məcburiyyət tətbiq edilmədi.

Məlum olduğu kimi, 1992-ci ildə Ermənistan tərəfindən törədilmiş Xocalı soyqırımı nəticəsində qadınlar və uşaqlar da daxil olmaqla 613 nəfər günahsız dinc sakini qətlə yetirilmiş və Xocalı soyqırımı bu vaxta qədər 13 ölkə tərəfindən tanınmışdır. Ermənilər işğal dövründə şəhər və kəndlərimizi dağıtmış, tarixdə misli görünməmiş vandallıq aktları törətmişlər. Bu gün işğaldan azad edilmiş ərazilərə baxdıqda buradan bir barbar qoşunu keçməsinin şahidi oluruq. Təsadüfi deyil ki, törədilmiş bu vandallıq aktlarının nəticəsində mütəxəssislər Ağdam şəhərini “Qafqazın Xirosiması” adlandırırlar.

Ermənistan tarixi, mədəni və dini abidələri vandalizmə məruz qoymuş, təhqir və qarət etmiş, 60-dan artıq məscidi dağıtmışdır.

Azərbaycan tarixi ədaləti bərpa edərək 30 ilə yaxın işğal altında olan torpaqlarını düşmən tapdağından azad etdi. Tarixi ədalətin bərpası ilə yanaşı, bu gün işğaldan azad edilmiş ərazilərimizin də yenidən qurulması prioritet istiqamətdir.

Ölkəmizin işğaldan azad etdiyi torpaqları ölçüsünə görə kifayət qədər böyük bir ərazini əhatə edir. Belə ki, ölkə başçısının dediyi kimi, işğaldan azad edilmiş ərazilərimiz Lüksemburqdan dörd dəfə böyükdür.

Dövlətimiz tərəfindən müəyyən edilmiş prioritetlərin içərisində işğaldan azad edilmiş ərazilərimizin dirçəldilməsi, həmin ərazilərə böyük qayıdış və onların dünyanın ən gözəl guşələrinə çevrilməsi əsas yer tutur. Sevindirici haldır ki, ölkə başçısının işğaldan azad edilmiş Cəbrayıl və Zəngilan rayonlarına səfəri zamanı yenidənqurma prosesi çərçivəsində Zəngilan rayonunun Ağalı kəndində “ağıllı kənd” konsepsiyasının icrasına başlandı. Əminik ki, “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyaları əsasında yenidənqurma işləri çox sürətlə davam edəcək, işğaldan azad edilmiş ərazilərimiz firavan günlərə qovuşacaqdır.

www.yenicag.az

415
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv