Dekabrın 24-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev 232 saylı tam orta məktəbdə Bülbülə qəsəbəsinin sakinləri ilə görüşüb. Görüşdə Milli Məclisin deputatı Afət Həsənova da iştirak edib.
Rayon İcra hakimiyyətinin başçısı Adil Əliyev son illər ölkədə həyata keçirilən genişmiqyaslı islahatlardan danışaraq bildirib ki, həm iqtisadi, həm də sosial sahəni əhatə edən islahatlar arasında əhalinin sosial müdafiəsi xüsusi yer tutur. O, qeyd edib ki, Prezident cənab İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulayıb ki, həyata keçirilən islahatların əsas məqsədi Azərbaycan vətəndaşının rifah halının yaxşılaşdırılmasıdır. Adil Əliyev eyni zamanda rayonda aparılan abadlıq-quruculuq işləri haqqında da ətraflı məlumat verib.
Həmçinin, ölkə başçımız Prezident cənab İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində ölkəmizin əldə etdiyi uğurlardan danışan Afət Həsənova öz inkişafına görə regionun lider dövləti olan Azərbaycanın bu uğurlara həyata keçirilən düşünülmüş və məqsədyönlü siyasət nəticəsində nail olduğunu diqqətə çatdırıb.
Səyyar qəbulda sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilərək onların həlli istiqamətində RİH başçısı Adil Əliyev tərəfindən aidiyyəti üzrə tapşırıqlar verilib.
Qəsəbə sakinləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
www.yenicag.az