Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Adil Öksüzü azadlığa buraxan hakim həbs edildi

FETÖ terror şəbəkəsinin əsas simalarından olan Adil Öksüzü sərbəst buraxan hakim yaxalandı.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, FETÖ-nun Hərbi Hava Qüvvələrindəki “imam”ı Adil Öksüzü azadlığa buraxdığı üçün işdən çıxarılan sabiq hakim Çetin Sönmez Muğlanın Ortaca qəsəbəsində həbs olunub.
Məlumata görə, Hakimlər və Prokurorlar Yüksək Qurumunun (HSYK) apardığı FETÖ təhqiqatı çərçivəsində vəzifədən çıxarılanların siyahısına daxil edilən Çetin Sönmez ələ keçib.

Qeyd olunur ki, Sönmez Polis və Kəşfiyyat orqanları Muğla şöbələrinin birgə keçirtdikləri əməliyyat zamanı həbs edilib.

İzinə düşülən Sönmezin avtomobili Ortaca qəsəbəsində yol polisi tərəfindən saxlanılıb və o, gözaltına alınıb.
Sönmezin ilkin dindirmədən sonra Ankaraya göndəriləcəyi bildirilir. Bundan əvvəl hakimin Ankaradakı evinə baxış keçirən əməliyyatçılar onu tapa bilməmişdilər.

Yeniçağ.Az

www.yenicag.az

286