“Adını çəksəm, biabırçılıq olacaq” – Arzu KİMİ SUSDURDU?

“Tanınmışlardan bir-iki nəfər də var ki, adını çəksəm, biabırçılıq olar. Bir yox, bir neçə nəfər olar. “Səninlə evlənəcəyəm”, deyib qızların qılığına girirlər”.

Bu fikirləri tanınmış aktrisa və müğənni Arzu Abdulova Yenicag.az-a aıçqlamasında deyib.

Sənətçi kişilərin yağlı dilinə inanıb pulundan, canından olan qadınlara çağırış edib:

“Son vaxtlar qabağa gedən bir müğənni olanda deyirlər ki, bunun saxlayanı var, ya da həcisi. Ya da deyirlər ki, “bu qızın pulu çoxdur, özü də gözəldir, sevgilim olsa, mənə babat pul buraxar”. Elə bilirlər ki, qadınlar qoyundur. Hazırda belə kişilərin sayı dəhşət çoxdur. Qadınlara onlardan istifadə etmək üçün yanaşırlar. Tanınmışlardan bir-iki nəfər də var ki, adını çəksəm, biabırçılıq olar. Bir yox, bir neçə nəfər olar. “Səninlə evlənəcəyəm” deyib qızların qılığına girirlər. Qadınlar da pişik kimidir, inanırlar”.

“Bəzi qadınlara xitab edirəm: kişilər onlara yaxınlaşır, onlarla yaxın münasibət qurur, pulundan istifadə edirlər. Sonra da qızlar başlarına döyür ki, “vay aman pulum da getdi, canım da”. Buna görə də, ay qadınlar, öz işinizi görün, öz pulunuzu qazanın, heç kimə möhtac olmamaq üçün öz ayaqlarınızın üstündə möhkəm durun. Sizi sevən hər halınızla sizi sevəcək. Lazımdırsa, o kişi sizə maddi, mənəvi dəstək də verəcək, arxanda da dağ kimi duracaq. Yəni bu “evlənmək” mövzusu mənim də başıma gəlmişdi. Sadəcə olaraq, gördü ki, məndən istifadə edə bilmir, gördü Arzu girəcək kol deyil. Başqa qadınla münasibət qurdu. Onun 200 min dollar pulunu yedi, həmin qadın da Amerikada yaşayır. Buna görə də qadınlarımız ehtiyatlı olsunlar”.

Cəvahir