!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Adların insan psixologiyasına təsiri – İslam dini məsələyə necə yanaşır?

!Reklam – Yazi

“Artıq isbat olunub ki, həqiqətən gözəl adların insan şəxsiyyətinə, dünyasına gözəl təsirləri olur, mənfi adlarla isə hər dəfə çağırıldıqca insan psixologiyası, ruhunda da o nöqsanlara yol açır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında uşaqlara ad seçərkən diqqət edilməsi lazım olan məqamlar barədə danışan ilahiyyatçı Ağa Hacıbəyli deyib.

Onun sözlərinə görə, dinimizə görə uşaqlara gözəl ad seçmək valideynlərin ən öndə olan vəzifələrindən biri sayılır:

“Çünki insan ömür boyu həmin adla çağırılır. Nəinki bu dünyada, hədislərə görə, axirətdə belə həmin adla məhşər meydanına dəvət edilir. Din ad qoyma mərasimini xüsusilə uşaq dünyaya gələndən 7-ci gün yönəldir. Dualar edilir, haqqında sədəqələr verilir. Beləcə bir mərasim içərisində dünyaya gəlmiş mələk balaya xüsusi bir isim verilir”.

A.Hacıbəyli qeyd edib ki, Peyğəmbərimiz bir çox dostlarının, səhabələrinin adlarını dəyişib:

“Cahiliyyə dövründə uyğunsuz, bir məna kəsb etməyən adları daha tutarlı, mənalı adlarla zənginləşdirib. Buna görə də bizim də vəzifələrimizdən biri budur ki, övladlarımıza doğru adlar seçək, gözəl isimlər qoyaq. Çünki artıq isbat olunub ki, həqiqətən gözəl adların insan şəxsiyyətinə, dünyasına gözəl təsirləri olur. Mənfi adlarla isə hər dəfə çağırıldıqca insan psixologiyası, ruhunda da o nöqsanlara yol açır. Bizi yaradan uca Allah insanı gözəl yaradıb. Ona da gözəl ad qoymaq valideynlərin ən önəmli vəzifələrində sayılır”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

253
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv