ADY-ə məxsus vaqon kül oldu

Bakı şəhərinin Qaradağ rayonunda “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus istifadəyə yararsız vaqonun yanar hissələri 30 m² sahədə yanıb.

Yenicag.az xəbər verir ki, bu barədə FHN-nin məlumatında deyilir.

Yaxınlıqdakı vaqonlar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.