AZAL təyyarəsinin qəzaya uğramasında Ukraynanı günahlandırdı

media-hightechnic-468x90

“AZAL təyyarəsinin qəzasının əsas səbəbi Ukrayna rejiminin Rusiya mülki hədəflərinə qarşı dronlardan istifadə edərək həyata keçirdiyi terror hücumları olub”. 

Yenicag.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

O, Rusiyanın “əzizlərini itirənlərin hamısının kədərini bölüşdüyünü” bildirib. O, həmçinin Qroznıda qurbanların xatirəsinə ucaldılmış abidənin açılışını xatırladıb. Tədbirdə Azərbaycan səfiri və Çeçenistan rəhbərliyi də iştirak edib.

Zaxarova əlavə edib ki, Moskva “Rusiya ilə Azərbaycan arasında bütün məsələlərin həll olunacağına ümid edir”.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa