Maradonanın forması rekord məbləğə satıldı

media-hightechnic-468x90

Əfsanəvi argentinalı futbolçu Dieqo Maradonanın İspaniyanın “Barselona” klubunda geyindiyi forma hərracda rekord məbləğə satılıb.

Yenicag.az xəbər verir ki, formaya 152 min avro ödənilib.

Bu forma indiyədək hərraca çıxarılan bütün digər Maradona formaları arasında ən yüksək qiymətə satılan olub.

Xatırladaq ki, Maradonanın geyindiyi forma kataloniyalıların 1984-cü ildə İspaniya Kubokunun finalında “Atletik”ə 0:1 hesabı ilə məğlub olduqları oyun zamanı yaranan qarşıdurma nəticəsində cırılmışdı. Formanı matçdan sonra “Barselona”nın avadanlıq şöbəsində çalışan qadın əməkdaş paltardəyişmə otağında taparaq xatirə kimi saxlayıb. Daha sonra o, formanı tanışına hədiyyə edib. Forma illərlə həmin şəxsin ailəsində qorunub və yalnız 40 ildən sonra varisi tərəfindən hərraca çıxarılıb.

Qeyd edək ki, Dieqo Maradona 2020-ci ildə 60 yaşında vəfat edib. O, “Barselona” ilə yanaşı, “Napoli”, “Sevilya”, “Boka Xuniors”, “Nyuells Old Boyz” və “Arxentinos Xuniors” klublarında da çıxış edib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa