Azərbaycanlı məşhurlara qarşı NARKOTİK ƏMƏLİYYATI: "Şöhrət heç kimi qanundan qorumur"

media-hightechnic-468x90

“Cəmiyyət görür ki, ayrıseçki yanaşma yoxdur. Bu da etimadı artırır”.

Bunu Yenicag.az-a açıqlamasında “Gənclərin Anti-Narkomaniya” İctimai Birliyinin sədri Büllur Məmmədova deyib.

O, Türkiyədə məhşurlara qarşı narkotik ilə bağlı açılan cinayət işlərinin Azərbaycanda da həyata keçirilməsinin mümkünatından danışıb.

B. Məmmədova bildirib ki, son illərdə baş verən hadisələr cəmiyyətin artıq bir həqiqəti qəbul etməyə başladığını göstərir:

“Polis məşhurla adi vətəndaş arasında fərq qoymur. Açıq şəkildə görürük ki, bu mövqe artıq nümayiş etdirilir. Son zamanlar aparılan əməliyyatlar, verilən qərarlar sübut edir ki, məşhur olmaq toxunulmazlıq demək deyil.

Rəqsanənin həbsi də cəmiyyətə çox açıq mesaj verdi. Kim olmağından asılı olmayaraq, qanun qarşısında hamı bərabərdir. Bu, tək bir hadisə yox, ümumi yanaşmanın göstəricisidir. Bizim qanunvericilikdə məşhur və ya məşhur olmayan şəxs anlayışı yoxdur, vətəndaş və məsuliyyət anlayışı var.

Gənclərə verilən mesaj isə çox aydındır: şöhrət səni qanundan qorumur. Məhz bu mesaj narkomaniya ilə mübarizədə ən güclü təsirdir.

Əgər narkomaniya ilə mübarizə çərçivəsində məşhurlar da eyni qaydada məsuliyyətə cəlb olunarsa, ictimaiyyət bunu artıq daha soyuqqanlı və realist qarşılayar. Çünki cəmiyyət görür ki, ayrıseçki yanaşma yoxdur. Bu da etimadı artırır”.

Nəsimi Ələsgərli

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa