AFFA dörd klubu cəzalandırdı
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Yenicag.az xəbər verir ki, yığıncaqda Azərbaycan Premyer Liqasının IV turunda baş verənlər müzakirə olunaraq müvafiq qərarlar verib.
İclasda 4 klub cəzalanıb. “Səbail” – “Sabah” oyununda 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 800 manat cərimə olunub. “Keşlə” – “Zirə” matçında 4 oyunçusu xəbərdarlıq alan qonaq komandanın da cəzası eyni olub.
“Neftçi” – “Qəbələ” qarşılaşmasından öncə təcili yardım nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibləri 400 manat cərimələnib.