Ağ Ev təsdiqlədi: "Bu, Trampa qarşı sui-qəsd cəhdi idi"
Amerika administrasiyası Vaşinqtonda şənbə günü ABŞ Prezidenti Donald Trampın iştirak etdiyi qəbulda baş verən insidenti ona qarşı yeni sui-qəsd cəhdi kimi qiymətləndirir.
Yenicag.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt jurnalistlər üçün keçirilən müntəzəm brifinqdə danışıb.
“Ona görə bu gün buraya gəlməyi məqsədəuyğun hesab etdim ki, suallarınızı cavablandırım və Amerika ictimaiyyətini administrasiyanın prezident Trampın həyatına növbəti sui-qəsd cəhdinə cavab olaraq hansı tədbirlər gördüyü barədə məlumatlandırım,” – Levitt bildirib.
Onun sözlərinə görə, Ağ Evin mövqeyinə əsasən, insidentin törədicisi “prezidenti və mümkün qədər çox sayda administrasiya rəsmisini öldürmək niyyətində olub.”













