Ağ Evdən Tehrana "EDAM" zəngi: Trampın bir paylaşımı 8 qadını ölümdən xilas etdi

media-hightechnic-468x90

“ABŞ prezidenti səviyyəsində olan şəxs saxta xəbər yaymaz. İran bu məsələdə yaxasını kənara çəkməyə çalışır.”

media-banner_tkm

Bu fikirləri Yenicag.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət bildirib.

Şərhçi İranın 8 qadın haqqında edam hökmü çıxarıldığını təkzib etməsinə sərt etirazını bildirib:

“İranda 8 qadının edam ediləcəyi ilə bağlı məlumatı məhz İran mənbələri yayıb. Bu xəbərin yayıldığı media orqanlarının siyahısı da mövcuddur. Xəbər yayıldıqdan sonra Donald Trampın özü də çağırış edərək, həmin qadınların edamından imtina edilməsini tələb etdi. Dünən isə Tramp öz şəxsi hesabında İranın həmin qadınları edam etməyəcəyi ilə bağlı xəbəri paylaşdı. Aydın məsələdir ki, ABŞ prezidenti səviyyəsində olan şəxs ‘fake xəbər’ yaymaz.

Digər tərəfdən, hər kəsə bəllidir ki, İranda insanların edam edilməsi artıq adi hala çevrilib. Rəsmi Tehran davamlı şəkildə öz vətəndaşlarını edam cəzasına məhkum edir. Xüsusi olaraq vurğulamaq lazımdır ki, son etiraz dalğasından sonra İran hakimiyyəti etirazçıların bir qismini ‘Allaha qarşı mübarizə aparmaq’ kimi anormal və qəribə bir ittihamla edam edib.

Bütün bunları nəzərə alaraq düşünürəm ki, bu xəbər tamamilə doğrudur və o qadınların edamı həqiqətən nəzərdə tutulurdu. İran bu məsələdə hər nə qədər məsuliyyətdən qaçmaq istəsə də, hər kəs bilir ki, onlar belə bir addımı atacaq potensialda olan bir ölkədir”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05