Ağacdan düşən meyvələri toplamaq qadağan edildi: Qaydanı pozanları ağır cərimə və həbs gözləyir

media-hightechnic-468x90

Sinqapur Respublikasında ictimai sahələrdə və dövlət torpaqlarında bitən meyvə ağaclarından icazəsiz məhsul toplamaq qanunvericiliklə qadağan edilib. Bu qaydanın pozulmasına görə yüksək məbləğdə pul cərimələri və həbs qətimkan tədbiri nəzərdə tutulur.

media-banner_tkm

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, sosial şəbəkələrdə geniş müzakirə olunan məlumatlar ölkədəki “Yaşıllıq və Ağaclar Aktı”nın (Parks and Trees Act) tələblərini yenidən gündəmə gətirib.

Qüvvədə olan qanunvericiliyə əsasən, dövlət mülkiyyətində olan ağaclardan meyvə qoparmaq və ya yerə düşmüş məhsulları toplamaq qeyri-qanuni hesab olunur. Bu hərəkəti törədən şəxsləri 5000 Sinqapur dollarınadək (təxminən 127.000 AZN) məbləğində cərimə gözləyir. Sinqapur Milli İnkişaf Nazirliyi və Milli Parklar Şurası (NParks) bəyan edir ki, sözügedən ağaclar və onların məhsulları dövlət əmlakıdır və onlardan istifadə üçün xüsusi icazə tələb olunur.

Qanun pozuntusu təbiət qoruqlarında və ya milli park ərazilərində baş verdikdə sanksiyalar daha da ağırlaşır. Bu hallarda:

Maliyyə sanksiyasının məbləği 50.000 Sinqapur dollarınadək yüksələ bilər, Hüquqi məsuliyyət çərçivəsində 6 aya qədər həbs cəzası tətbiq oluna bilər.

Qeyd olunur ki, qanun qarşısında həm fərdlər, həm də himayəsində olan ev heyvanlarının hərəkətlərinə görə onların sahibləri birbaşa məsuliyyət daşıyırlar. Sinqapur rəsmiləri bildirir ki, bu tədbirlər şəhər ekosisteminin qorunması, sanitariya qaydalarına riayət edilməsi və nizam-intizamın təmin olunması məqsədi daşıyır.

Vətəndaşlar və turistlər hər hansı bir meyvəni toplamazdan əvvəl NParks qurumundan müvafiq qaydada icazə almağa çağırılırlar.

Ayşən

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05