Ağcabədidə narkotik satmaq istəyən şəxs tutuldu

media-hightechnic-468x90

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yenicag.az-a verilən məlumata görə, tədbir zamanı əvvəllər məhkum olunmuş Süleyman Fətəliyev şübhəli şəxs qismində saxlanılıb.

Ondan ümumilikdə 5 kiloqrama yaxın marixuana aşkarlanıb. Araşdırma zamanı S.Fətəliyevin narkotik vasitəni satış məqsədilə əldə etdiyi müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa