Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Ağdam və Ağdərə istiqamətində döyüşlər gedir” – Səxavət Məmməd cəbhədən xəbər verir

“Düşmən bir neçə dəfə Ağdam istiqamətindən həmlə etməyə cəhd göstərsə də, ordumuz tərəfindən bunun qarşısı alınıb”.

Bunu döyüş bölgəsində oktyabrın 21-i saat 14:00-a qədər olan vəziyyət haqda məlumat verən Yenicag.az-ın cəbhə zonasında ezamiyyətdə olan əməkdaşı Səxavət Məmməd bildirib.

Səxavət Məmmədin məlumatına görə, hazırda Ağdam və Ağdərə istiqamətində döyüşlər davam edir:

“Düşmən artilleriyası xüsusilə, Ağdam və Tərtər istiqamətində fəallıq göstərməyə çalışsa da, bizim bölmələrimiz onların atəş nöqtələrini susdurub. Axşam saatlarında nisbi sakitlik olsa, ara-sıra qarşılıqlı artilleriya zərbələri endirilib.

Bu gün səhər saat 06:05-də düşmən artilleriyası Ağdam istiqamətində bir sıra yaşayış məntəqələrini atəşə tutub. Daha sonra Azərbaycan artilleriyası düşmən mövqelərinə intensiv zərbələr endirib.

Hazırda Ağdam və Ağdərə istiqamətində artilleriya fəallığı var, döyüşlər davam edir. Düşmən bir neçə dəfə Ağdam istiqamətindən həmlə etməyə cəhd göstərsə də, ordumuz tərəfindən bunun qarşısı alınıb. Əldə etdiyim məlumata görə, nəticədə erməni tərəfi çox sayda hərbi texnika və canlı qüvvə itirib.

Ordumuz əməliyyat şəraitinə tam nəzarət edir”.

Gülşən Şərif

www.yenicag.az

1286