Ağdaşda dəhşət: Müəllim qətlə yetirildi

Ağdaş rayonunda idman müəllimi öldürülüb.

Yenicag.az xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndi ərazisində baş verib.

İlkin məlumata görə, Nizami adlı idman müəllimi həmkəndliləri tərəfindən tüfənglə vurularaq öldürülüb. Hadisənin şəxsi zəmində baş verdiyi bildirlir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Əlavə məlumat veriləcək./Report/