Polkovnik “Kontakt Home” şirkətini ifşa etdi – “Şirkət gizli şəkildə məhkəmədən…”

media-hightechnic-468x90

 

Ehtiyatda olan polkovnik, tanınmış ictimai xadim Üzeyir Cəfərovla “Kontakt Home” brendi altında fəaliyyət göstərən “ABC-Telecom” MMC arasında yaranmış mübahisə məhkəmə müstəvisində davam edir.
Üzeyir Cəfərov həm şəxsi istehlakçı hüquqlarının pozulması, həm də illərdir vətəndaşlardan daxil olan çoxsaylı şikayətlər fonunda bu şəbəkənin fəaliyyətini açıq şəkildə tənqid etdiyini bildirir. O, məhz bu səbəbdən “ABC-Telecom” MMC-yə qarşı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldırıb.

Yenicag.az xəbər verir ki, Üzeyir Cəfərovun verdiyi məlumata görə, bu gün Binəqədi Rayon Məhkəməsində aparılan məhkəmə araşdırması zamanı ona yeni bir məqam bəlli olub: ““Kontakt Mağazalar Şəbəkəsi”nin nümayəndələri gizli şəkildə, heç bir real sübut və fakta əsaslanmadan, mənə qarşı ayrıca ərizə ilə məhkəməyə müraciət ediblər”. Cəfərov deyir ki, iki vərəqdən ibarət bu ərizədə şirkət məhkəmədən işə “kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında” və ən diqqətçəkəni – tərəflərin iştirakı olmadan baxılmasını xahiş edib.

Onun sözlərinə görə, hakim ilkin mərhələdə bu “absurd və əsassız” istəyi qəbul edib. Üzeyir Cəfərov qeyd edir ki, dərhal buna qarşı yazılı şəkildə qəti etirazını hazırlayaraq hakim Səidə Məmmədovanın katibinə təqdim edib və bildirib ki, onun iştirakı olmadan, birtərəfli qaydada hər hansı qərar çıxarılması yolverilməzdir.

Ehtiyatda olan polkovnik məhkəmə prosesinin növbəti mərhələsində həm öz iddiasını, həm də “Kontakt Home” tərəfindən ona qarşı qaldırılan əsassız tələbin ifşa ediləcəyini vurğulayıb. O, şirkət nümayəndələrinin məhkəməni aldatmağa, prosesi qapalı və vətəndaşın iştirakı olmadan yönləndirməyə cəhd göstərdiyini bildirib.

Üzeyir Cəfərov onu da qeyd edib ki, bu mübarizə təkcə onun şəxsi məsələsi deyil, uzun illərdir müxtəlif mağaza və şəbəkələrdə aldadılan, şərtlər barəsində tam məlumatlandırılmayan, müqavilələrdə gizli bəndlərlə üzləşən bütün vətəndaşların hüquqlarının müdafiəsi baxımından simvolik əhəmiyyət daşıyır. O, məhkəmə gedişi barədə ictimaiyyəti mütəmadi məlumatlandıracağını, hüquqi mübarizəni sona qədər davam etdirəcəyini bildirib.

Yazıda adı çəkilən şirkətin də mövqeyini yayınlaya bilərik.

Camal Cavanşir

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 20.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa