Qəzaya düşən Türkiyə təyyarəsinin “qara qutu”su araşdırılır

media-hightechnic-468x90

Türkiyədə noyabr ayında Gürcüstanda Azərbaycanla sərhəd yaxınlığında C-130 hərbi-nəqliyyat təyyarəsinin qəzasının araşdırılması davam edir.

Yenicag.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib.

media-banner_tuq

Onun sözlərinə görə, TUSAŞ qəzaya uğramış təyyarənin qara qutusunun araşdırılması işlərini davam etdirir.

Nazir C-130 təyyarələrinin dünyada ən təhlükəsiz təyyarələrdən biri hesab edildiyini və təxminən 70 ölkədə istismar olunduğunu vurğulayıb.

Y.Gülər təyyarə qəzasından sonra Türkiyə Milli Hərbi Hava Qüvvələrinin istismarında olan bütün C-130 təyyarələrinin yoxlamaya göndərildiyini qeyd edib. “Yoxlama başa çatdıqdan sonra bu təyyarələrin istismarı davam etdiriləcək”, – nazir əlavə edib.

“Araşdırmanın nəticəsini tam şəffaf şəkildə ictimaiyyətə açıqlayacağıq”, – deyə Y.Gülər söyləyib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05