Ağdaş rayonunda suvarma kanalından meyit tapılıb. APA-nın yerli bürosunun xəbərinə görə meyid bu gün saat 15:00 radələrində Yuxarı Şirvan kanalının Şəkili kəndi ərazisindən keçən hissəsində tapılıb. Kənd sakinləri kanalda insan cəsədini görərək dərhal Ağdaş rayon Polis Şöbəsinə məlumat veriblər. Polis əməkdaşları kanaldan təxminən 60 yaşı olan qadın meyidini çıxararaq müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Ağdaş rayon şöbəsinə aparıblar. Meyidin üzərində heç bir zorakılıq əlamətləri aşkar edilməyib.
Hadisənin təzə baş verdiyi və qadının intihar etdiyi ehtimal olunur. Hazırda onun şəxsiyyətinin müəyyən edilməsi, hansı rayon sakini olması və nə üçün ölməsi barədə araşdımalar davam edir. Qadını tanıyan şəxslərin Ağdaş rayon Polis Şöbəsinn (0202355181, 0555677979, 0502330610) telefon nömrələrinə məlumat verməsi xahiş olunur.
Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Yeniçağ.az
www.yenicag.az