“Ağıllı” bilərzik nümayiş olunub

media-hightechnic-468x90

загруженное (5)“Intel” şirkəti qadın auditoriyası üçün nəzərdə tutulmuş ünsiyyət və naviqasiya üçün funksiyalara malik “MICA” bilərziyini nümayiş etdirib.

media-banner_tkm

Bildirilir ki, “ağıllı” “MICA” (My Intelligent Communication Accessory) aksessuarının dizaynı “Opening Ceremony” şirkəti tərəfindən hazırlanıb.

Bilərziyin tərtibatında ilan dərisi, 18 karatlıq qızıl, mirvari və obsidiandan istifadə olunub, “MICA”-nın sensor ekranı sapfir şüşədən hazırlanıb. Qurğunun texnoloji “içliyi” “Intel” şirkəti tərəfindən hazırlanıb.

“MICA – bu, müasir qadınlara mətn mesajlarına, “Gmail” və “Facebook” bildirişlərinə, həmçinin “Google” təqviminə giriş imkanı verən gözəl və “ağıllı” qolbaqdır” – deyə şirkətdən bildirilib. İstifadəçilər yeni mesaj və məktublar haqda bildirişlər ala, onlara qısa cavab verə, həmçinin daxil olan bildirişlərin filtrasiyası üçün VIP kontakt siyahıları yarada bilərlər.

ABŞ-da qurğunun dəyəri “ATamp;T” operatoru ilə ikiillik müqavilə əsasında 495 dollar təşkil edəcək. Dekabrın əvvəlində qolbağın satışlarına başlanılacaq.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05