!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Ağır itkidən sarsılan Rövşanə: "Onunla vidalaşdım..." - FOTO

!Reklam – Yazi

“2020-ci il həyatımda dərin iz buraxdı, ən ağır il kimi yaddaşıma yazıldı. Canımın bir parçası anamı və bacım qədər çox istədiyim həkim Gülnarə Sultanqızını itirdim”.

Bunu Yenicag.az-a açıqlamasında tanınmış telejurnalist Rövşanə Ağasəfqızı
2020-ci illə bağlı təəssüratlarını bölüşərkən deyib.

“2020-ci ili yaddaşından birdəfəlik silib, atmaq istərdinmi” sualını aparıcı belə cavablandırıb:

“Bu il anamla vidalaşdım, bundan ağır nə ola bilər? Çox çətindir mənə. 2020-ci ili həyatımdan silib atmağa gəlincə, bu, mümkünsüzdür. Çünki, 2020-ci il anamın xatirə ili kimi yaddaşıma ömürlük yazıldı. Eyni zamanda, bu il həm də Azərbaycanın şanlı tarixinə zəfər, qələbə ili kimi yazıldı, bir azərbaycanlı olaraq bu sevincli xəbər ömrümüzün ən parlaq təqvim ili olacaq. Vətənini, torpağını sevən xoşbəxt Azərbaycan vətəndaşı olaraq bu zəfər, qələbə ili yaddaşıma həmişəlik həkk oldu”.

Cəvahir

www.yenicag.az

1979
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv