Ağırçəkili avtomobillərin müşayiət olunmasına görə xidmət haqqı müəyyənləşdi

media-hightechnic-468x90

İriqabaritli və ağırçəkili nəqliyyat vasitəsinin mühafizə və müşayiət avtomobilləri ilə müşayiət olunmasına və hərəkət marşrutunun müəyyən olunmasına görə xidmət haqqının məbləği təsdiq edilib.

Yenicag.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, xidmət haqqının məbləği aşağıdakı kimidir:

Sıra №-si Xidmətin adı Xidmət haqqının məbləğı

(manatla, ƏDV

daxil)

1. İriqabaritli və ağırçəkili nəqliyyat vasitəsinin mühafizə avtomobilləri ilə müşayiət olunması (1 kilometr üçün) 1,49
2. İriqabaritli və ağırçəkili nəqliyyat vasitəsinin müşayiət

avtomobilləri ilə müşayiət olunması (1 kilometr üçün)

1,68
3. Hərəkət marşrutunun müəyyən olunması 30
media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 20.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa