Trampın iddialarına Danimarkadan reaksiya: "Qrenlandiya satılıq deyil, NATO-nun 5-ci maddəsi var"

media-hightechnic-468x90

Danimarkanın Baş naziri Mette Frederiksen ABŞ Prezidenti Donald Trampın “Qrenlandiya bizim nəzarətimizdə olmalıdır” bəyanatına kəskin cavab verib. Baş nazir rəsmi Vaşinqtona xəbərdarlıq edərək Qrenlandiyanın satılıq olmadığını və müttəfiqlər də daxil olmaqla, hər kəsin xalqın öz müqəddəratını təyin etmək hüququna hörmətlə yanaşmalı olduğunu vurğulayıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, Danimarka hökumətinin başçısı bu barədə 36-cı NATO Dövlət və Hökumət Başçıları Sammiti öncəsi mətbuat nümayəndələrinə açıqlamasında bildirib.

Daha güclü bir NATO-ya ehtiyac olduğunu bildirən Frederiksen, Avropanın yenidən silahlandırılmasının vacibliyinə diqqət çəkib və Atlantik okeanının hər iki tayında daha güclü sənaye bazasının yaradılmasının zəruriliyini vurğulayıb.

Rusiya ilə müharibədə Ukraynaya yardımların artırılması barədə çağırış edən Baş nazir, Moskva üzərindəki təzyiqin kəskinləşdirilməli olduğunu və bu müharibənin yeganə haqlı qalibinin məhz Ukrayna olmalı olduğunu sözlərinə əlavə edib.

Rusiya qarşısında Ukraynaya daha çox yardım edilməsi barədə çağırış edən Baş nazir, Moskva üzərindəki təzyiqin kəskin artırılmalı olduğunu və bu müharibənin yeganə haqlı qalibinin məhz Ukrayna olmalı olduğunu sözlərinə əlavə edib.

Jurnalistlərin ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı səsləndirdiyi iddialara dair sualını cavablandıran Frederiksen rəsmi Vaşinqtona sərt ismarış yollayıb:

“Bəli, ABŞ Prezidentini dinlədim və təəssüf ki, rəsmi Vaşinqtonun bu məsələdəki tutumu son dərəcə netdir. Lakin bizim də mövqeyimiz ilk gündən bəri necədirsə, elə də dəyişməz qalır. Qrenlandiya, əlbəttə ki, satılıq deyil. Müttəfiqlərimiz də daxil olmaqla, hər kəsin Qrenlandiya xalqının öz müqəddəratını təyin etmək hüququna hörmətlə yanaşmasını gözləyirik. Biz suveren bir dövlətik və hər kəsin ərazi bütövlüyümüzə və suverenliyimizə hörmət etməsi şərtdir”.

Mümkün bir hərbi müdaxilə qarşısında Qrenlandiyanı qorumağa hazır olub-olmadıqları barədə suala cavab verən Baş nazir NATO-nun 5-ci maddəsini xatırladıb:

“Öz ərazilərimiz də daxil olmaqla, NATO-nun hər bir qarışını son damla qanımıza qədər müdafiə etməyə hazırıq. Zatən bizim bu alyansı illər öncə qurmağımızın əsas səbəbi də budur  əgər birimizin başına bir iş gələrsə, o zaman hamı bir nəfər kimi ayağa qalxmalıdır. Maddə 5 bizim əsas təminatımızdır. Bu reallıq hazırda Rusiyadan gələn hibrid müharibə təhdidi ilə üz-üzə qalan şərq cinahı üçün də keçərlidir, 11 sentyabrda terror hücumuna məruz qalan ABŞ üçün də keçərli idi. Eyni vəziyyət, bizim tərəfimizdə hər hansı bir hadisə yaşanacağı təqdirdə Qrenlandiya üçün də keçərlidir”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp dünən Ankarada verdiyi bəyanatda Qrenlandiya məsələsini yenidən gündəmə gətirərək, bu bölgənin ABŞ üçün strateji əhəmiyyət kəsb etdiyini və mütləq şəkildə Vaşinqtonun nəzarətində olmalı olduğunu söyləmişdi.

Məsimə Məmmədova

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05