Əməkdar artist Əkbər Əlizadədən SƏS-KÜYLÜ AÇIQLAMA: “Kişilər daha çox pul xərcləyir, çünki...”
“Heç vaxt lazımsız yerə pul xərcləmirəm”.
Yenicag.az xəbər verir ki, bu sözləri Əməkdar artist Əkbər Əlizadə “İncəSəhər” verilişində deyib.
Sənətçi “hesab-kitabı” bilən adam olduğunu söyləyib:
“Pulu xərcləməzdən əvvəl onu qazanmağı bacarmalıyıq. Çünki olduğundan artıq pul xərcləsək, bizi müflisliyə doğru apara bilər. Bədxərc olmamalıyıq. Əlbəttə, düşünürəm ki, kişilər daha çox pul xərcləyir. Evdə nəyə pul xərcləmək lazımdırsa – uşağa, həyat yoldaşına, yeməyə, kommunal xidmətlərə – xərcləyirsən. Lazım olan xərclərdən sonra ovcunda olan pulu başqa hara xərcləmək lazımdırsa, o barədə düşünürsən. Heç vaxt lazımsız yerə pul xərcləmirəm”.
Nehru













