Reklam: High Technic
hightechnic

Ağstafa sakini qatarın altında qalıb

Ağstafa sakini qatarın altına yıxılıb.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə Ağstafa Dəmiryol Vağzalında baş verib.

Belə ki, 1957-ci il təvəllüdlü Məmmədov Akif Müslüm oğlu yaxın qohumunu yola salarkən ehtiyatsızlıqdan Bakı istiqamətində hərəkətə başlayan qatarın altına yıxılıb. Nəticədə onun hər iki ayağı qatarın altında qalıb.

Xəstəxanaya yerləşdirilən yaralının hər iki ayağı ambultasiya olunub. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

3012