!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Ağstafada avtomobilin vurduğu piyada Bakıda öldü

!Reklam – Yazi

Ağstafada avtomobilin vurduğu piyada Bakıda ölüb.

Yenicag.az xəbər verir ki, hadisə oktyabrın 30-da Köçəsgər-Ağstafa avtomobil yolunun Eynallı kəndindən keçən hissəsində qeydə alınıb.

Kabıyev Elmar Səməddin oğlu idarə etdiyi “VAZ-2106” markalı, 21 BG 428 qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən piyada Məmmədov Rasim Kərəm oğlunu vurub. Daha sonra sürücü hadisə yerindən qaçıb.

Piyada aldığı xəsarətlərdən noyabrın 4-də Bakıda vəfat edib.

Faktla bağlı Ağstafa Rayon Polis Şöbəsində Cinayət Məclləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

www.yenicag.az

173
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv