Ağstafada canavarlar 27 qoyunu parçaladı
Ağstafa rayonunun Tatlı kəndində canavarlar fermaya hücum edib.
Yenicag.az-ın “Report”a istinadən məlumatına görə, yırtıcılar 27 xırda buynuzlu heyvanı tələf ediblər.
Kənd sakini, Elsevər Ələsgər oğlu Məmmədova məxsus fermaya hücum edən canavarlar bir neçə qoyunu da yaralayıb.
Əraziyə baytarlıq xidmətinin nümayəndələri cəlb olunub, dezinfeksiya işləri görülüb, 10-dan çox xırda buynuzlu heyvana vaksin vurulub.
Qeyd edək ki, ferma kəndin kənarında yerləşir.