Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ağsuda mal-qara oğurlayan qəssab saxlanılıb

Ağsu Rayon Polis Şöbəsinə müraciət edən rayon sakinləri onlara məxsus ümumilikdə 12 baş iribuynuzlu mal-qaranın müxtəlif vaxtlarda naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildiriblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenicag.az-a verilən məlumata görə, daxil olmuş müraciətlər əsasında polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini Famil Məmmədov saxlanılıb. O, törətdiyi cinayət əməlini etiraf edib və oğurladığı heyvanlardan 10 başı götürülərək sahiblərinə qaytarılıb. Rayonda qəssablıq fəaliyyəti ilə məşğul olan F.Məmmədov 2 başını kəsərək satdığını bildirib.

Faktla bağlı Ağsu RPŞ-də araşdırma aparılır.

www.yenicag.az

317
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100