!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Aİ-95" benzininin bahalaşmasının yaradacağı PROBLEMLƏR - "Qiymət stabil saxlanılmalıdır" - Ekspert ŞƏRHİ

!Reklam – Yazi

“”Aİ-95″ markalı benzinin bahalaşması ölkənin avtomobil parkının yenilənməsi işini ləngidəcək”.

Yenicag.az-ın məlumatına görə, bunu “Aİ-95” markalı benzinin bahalaşmasını dəyərləndirən nəqliyyat eksperti Ərşad Hüseynov deyib.

Ekspertin fikrincə, “Aİ-95” benzininin qiymətinin artması bu növ benzini işlədən avtomobil sahiblərinin yanacaq xərclərinin artması ilə yanaşı, bir sıra başqa problemlərə də yol açacaq:

“Təcrübə göstərir ki, bu cür qiymət artımları bütövlükdə istehlak bazarına təsir edə bilir. Bu növ yanacaqla işləyən kommersiya təyinatlı avtomobillər az sayda olsa da, qiymət qalxmasının ən azı psixoloji təsiri başqa xidmət və malların da qiymətlərində artım meyillərinə rəvac verə bilər. Məlumdur ki, benzin mühərrikli yeni avtomobillər ən azından “Aİ-95” benzini ilə işləyir. Bu benzinin qiymətinin qalxması, ümumiyyətlə, tez-tez dəyişməsi avtomobil həvəskarlarını qeyd olunan yanacağı işlədən avtomobillərdən uzaq durmağa sövq edir. Nəticədə hər kəs öz köhnə avtomobilindən daha bərk yapışır və ya xaricdən daha ucuz “Aİ-92″ benzini işlədən köhnə avtomobil gətirməyə çalışır”.

Ərşad Hüseynova görə, köhnə avtomobillərin Azərbaycanda uzun müddət qalması və istismar edilməsi yol hərəkəti təhlükəsizliyinə ciddi ziyan vurur:

“Heç kimə sirr deyil ki, köhnə avtomobil yenisinə nisbətən daha təhlükəlidir. Mümkün qəzalarda sürücü, sərnişin və piyadaların daha ağır travmalar almasına və ölümünə gətirib çıxarır. “Aİ-95″ benzininin qiymətinin artması həm də avtomobillər vasitəsilə ətraf mühitin daha çox çirklənməsi deməkdir. İnsanlar çalışacaqlar ki, köhnə avtomobil işlətsinlər, bu isə atmosferə daha çox zərərli tullantı atılması deməkdir”.

Hibrid avtomobillərin əksəriyyətində də daxili yanma mühərrikinin məhz “Aİ-95” benzini tələb etdiyini bildirən ekspert vurğulayıb ki, bu baxımdan sözügedən bahalaşma hibridlərə də marağı zəiflədə bilər:

“Ölkəmizdə tez bir zamanda “Aİ-95” benzininin istehsalı təmin edilməli, “Aİ-92” kimi bu benzinin də qiyməti dövlət tərəfindən müəyyən edilməklə stabil saxlanmalıdır. “Aİ-95″ benzininin qiyməti dünya bazarına uyğun yox, məhz Azərbaycanda neftin istehsalı və emalının maya dəyərinə, eləcə də ölkə istehlakçılarının maddi durumuna uyğun tənzimlənməlidir”.

Qeyd edək ki, bugündən etibarən “Aİ-95” premium markalı benzinin qiyməti 1.40 AZN olub. Qiymət artımına qədər “Aİ-95” 1.25 AZN idi. Bununla yanaşı, Aİ-98 benzininin qiyməti 15 qəpik bahalaşaraq 1,55 manata yüksəlib.

Gülşən Şərif

www.yenicag.az

698
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv