Aİ Belçikaya görə Rusiya aktivlərini müsadirə edə bilmədi

media-hightechnic-468x90

Avropa İttifaqı liderləri Brüssel sammitində Belçika üçün qeyri-məhdud maliyyə zəmanətlərini rədd etdiyi üçün Rusiya aktivlərinin “təzminat krediti” sxemi çərçivəsində müsadirəsi qeyri-mümkün olub.

Yenicag.az xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti məlumat yayıb.

“Belçika kreditdə görə hər hansı maliyyə riskini əhatə edəcək məhdudiyyətsiz təminat tələb edib. Digər liderlər bu şərtləri rədd ediblər”, – qəzet mənbələrə istinadən yazıb.

Sammitdə Kiyevin növbəti iki il ərzində ümumavropa krediti hesabına 90 milyard avro ilə maliyyələşdirilməsi razılaşdırılıb. Almaniya kansleri Fridrix Merts bildirib ki, sammitin yekunlarına görə Kiyev krediti sıfır faizlə alacaq./Report/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 19.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa