Əmtəə bazarlarında qızılın qiyməti 4300 dolları ötüb

media-hightechnic-468x90

Qlobal əmtəə bazarlarında qiymətli və sənaye metallarının qiymətləri yüksəlib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, COMEX birjasında qızılın avqust fyuçersləri əvvəlki sessiya ilə müqayisədə 87,8 dollar və ya 2,07% artaraq 4 326,6 dollar/unsiyaya çatıb. Spot qızılın qiyməti isə 86,74 dollar və ya 2,06% yüksələrək 4 306,07 dollar/unsiya olub.

Gümüşün iyul fyuçersləri 2,23 dollar və ya 3,27% yüksələrək 70,20 dollar/unsiyaya çatıb.

Sənaye metalları arasında misin sentyabr fyuçersləri 8,3 sent və ya 1,28% bahalaşaraq 658,95 sent/funt təşkil edib.

Platinin spot qiyməti də 41,66 dollar və ya 2,42% artaraq 1 762,4 dollar/unsiyaya yüksəlib.

Bazar iştirakçıları qiymətli metallara tələbin artmasını geosiyasi risklər və investorların təhlükəsiz aktivlərə marağının güclənməsi ilə əlaqələndirirlər.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05