Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Aİ komissarı Gürcüstana səfər edəcək

Avropa İttifaqının qonşuluq siyasəti və genişlənmə danışıqları üzrə komissarı Yohannes Han sentyabrın 16-da Gürcüstana səfər edəcək.

Yenicag.az xəbər verir ki, o, Gürcüstanın təhsil, elm, mədəniyyət və idman naziri Mixeil Batiaşvili ilə birgə Avropa məktəbinə baş çəkəcək.

Y.Han “Şərq tərəfdaşlığı” ölkələrindən olan 30 tələbə ilə görüş keçirəcək.

Komissar həmçinin M.Batişavili, Gürcüstanın baş naziri Giorgi Qaxaria və Tbilisi meri Kaxa Kaladze ilə birgə Avropa məktəbi üçün yeni binanın təməlqoyma mərasimində də iştirak edəcək.

Qeyd edək ki, Tbilisidə Avropa məktəbi 2018-ci ilin sentyabrından fəaliyyət göstərir. Təhsil müəssisəsi “Yeni məktəb” adlı özəl məktəbdə yerləşir./Report/

Loading...

www.yenicag.az

1046
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100