Aİ-nin Azərbaycanla əməkdaşlığı genişləndirmək təşəbbüsləri açıq şəkildə görünür - ŞƏRH

media-hightechnic-468x90

“Avropa İttifaqının Azərbaycanla əməkdaşlığı gücləndirmək istiqamətindəki təşəbbüsləri açıq şəkildə görünür”.

media-banner_tkm

Bunu Yenicag.az-a açıqlamasında siyasi şərhçi Yeganə Hacıyeva deyib.

O, Avropa İttifaqının Azərbaycanı enerji təhlükəsizliyində mühüm aktor kimi görməsi və əməkdaşlıq sahələrini daha da genişləndirmək təşəbbüslərindən danışıb.

Siyasi şərhçi bildirib ki, Avropa İttifaqı enerji təhlükəsizliyində Azərbaycanın rolunu digər ölkələr üçün nümunə model kimi tətbiq etmək üzərində işləyir.

“Əvvəllər Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq əsasən Azərbaycanın təklifləri və qarşılıqlı faydalılıq prinsipi əsasında qurulurdusa, hazırda bu münasibətlər daha geniş və dərin inteqrasiya istiqamətində inkişaf edir. Xüsusilə, əməkdaşlığın yeni sahələri üzrə birgə fəaliyyətin aparılması müşahidə olunur. Bir sözlə, Avropa İttifaqının Azərbaycanla əməkdaşlığı genişləndirmək istiqamətində təşəbbüsləri açıq şəkildə görünür”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05