!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Aİ-nin növbəti enerji böhranı: Qaza yüksək qiymət tətbiq olunacaq - 15 ölkədən MÜRACİƏT 

!Reklam – Yazi

Avropa İttifaqı Komissiyasından idxal olunan təbii qaza yüksək qiymətin tətbiq olunması gözlənilir.

Yenicag.az “Haberglobal”a istinadən bildirir ki, bununla bağlı Avropa İttifaqına (Aİ) üzv olan 15 ölkə Aİ Komissiyasına müraciət ünvanlayıb.

Məlumata görə, Fransa, İtaliya, İspaniya, Belçika, Bolqarıstan, Xorvatiya, Yunanıstan, Latviya, Litva, Malta, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya və Sloveniyanın enerji nazirləri AB Komissiyası ilə ortaq müqavilə imzalayıblar. Müqavilədə Komissiyanın indiyədək göstərdiyi səylər və enerji böhranını həll etmək üçün hazırladığı tədbirlər yüksək qiymətləndirilib.

15 ölkənin ünvanladığı müraicətdə qeyd olunub ki, Avropada bütün topdansatış təbii qaz əməliyyatlarına yüksək qiymət tətbiq edilməlidir. Qaz qiymətlərinin məhdudlaşdırılmasının ev təsərrüfatlarını və müəssisələri inflyasiyadan qorumaq üçün vacib olduğu və bu qiymətin tədarük təhlükəsizliyini təmin etmək üçün hazırlana biləcəyi bildirilib.

Almaniya, Hollandiya və Danimarka kimi ölkələr isə bu mərhələdə təbii qaz qiymətlərinin məhdudlaşdırılması ideyasını dəstəkləməyib. Qaza yüksək qiymətinin tətbiq edilməsinin enerji təchizatı təhlükəsizliyini riskə atacağı qənaətində olan bu ölkələr tətbiqin xüsusilə qış aylarında təbii qaz təchizatına zərər verə biləcəyini düşünürlər.

Aİ Komissiyası da öz növbəsində idxal olunan təbii qazın yüksək qiymətini plana daxil etməyib. Komissiyanın enerji böhranını həll etmək üçün yeni tədbirlər açıqlayacağı gözlənilir.

Gülşən

www.yenicag.az

406
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv